SENDVİÇ PANEL

SENDVİÇ PANEL

Güvənli bir şəkildə sizlərin gələcəkdə rahatlıqla işlədə biləcəyiniz obyektin A-Z – yə təslimini həyata keçirib sizlərin istifadəsinə vermək iqtidarındayıq.

Sendviç panel nədir?

Sendviç panel müasir tikinti vasitəsidir. Tikililərin dam və divarlarının qurulmasında daxili arakəsmələr və ya soyuq anbarların hazırlanmasında istifadə edilir. Xüsusilə isti və soyuq keçiriciliyinə görə bütün digər inşaat materiallarından (daş, taxta, beton və s.)daha yüksək izolyasiya xüsusiyyətinə malik olan bu panellər gələcəkdə obyektin enerji sərfiyyatının minimuma endirilməsi baxımından da əvəzedilməzdir. Artıq müasir tipli və istənilən temperatura uyğun soyuducu kameraların tikintisində sendviç panellərin istifadəsi rol oynamaqdadır. Digər tərəfdən asanlıqla və tez bir zamanda montajı mümkün olan bu material həm də daşınan əmlak rolu oynamaqla rahatlıqla sökülüb digər yerdə istifadə oluna bilər. Sendviç panellərin doğru düzgün montajı da mühüm rol oynayır. Yanlış bir panel montajı obyekt sahibinin illərlə su sızıntısı hava və külək keçirməsi kimi yorucu problemlərlə üzləşdirə bilər. Odur ki bu işləri ciddiyətə almaqla peşəkarlara həvalə etmək məqsədə uyğundur.

Daha çox xidmətlər